11.01.2019-cu il tarixdə Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərən Xocalı rayon İcra Hakimiyyəti başçısının Meşəli kənd İƏD-si üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərə və qarşıda duran vəzifələrə həsr edilən illik hesabat iclası keçirildi.
Hesabat iclasında Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, rayonun idarə, müəssisə rəhbərləri, Meşəli kənd sakinləri iştirak etdilər.
Hesabat iclasının reqlamentinə əsasən əvvəlcə hesabatı aparmaq üçün sədr və katib seçildi. Sonra Xocalı rayon İHB-nın Meşəli kənd İƏD-si üzrə nümayəndəsi İlqar Kazımov hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə nümayəndəliyin və ona tabe ictimai müəssisələrin gördüyü işlər, qarşıda duran vəzifələr, həmçinin qəsəbədə məskunlaşan sakinləri narahat edən məsələlər haqqında məlumat verdi. İlqar Kazımov bildirdi ki, qəsəbədə içməli su, qaz, işıq və telefon xətti çəkilib. Demək olar ki, qəsəbə əhalisinin yarısı internetdən istifadə edir. Rayonumuzun rəhbəri Cənab Şahmar Usubovun köməyi nəticəsində suvarma suyu çəkilmiş və istifadəyə verilmişdir.
2018-ci ildə 4 nəfər işsiz sakin nümayəndəlik tərəfindən yönəldilərək Xocalı rayon Məşğulluq Mərkəzində qeydiyyata alınmış və idarə təşkilatlarında işlə təmin olunmuşdur.
Xalça sexində işləmək üçün əhali arasında sorğu keçirilmiş, aparılan sorğuya əsasən 33 nəfər işləmək üçüm müraciət etmişlər. Meşəli sakinləri Respublikamızın 17 ayr-ayrı rayonunda məskunlaşmışdır. Mütəmadi olaraq rayonlara gedir, sakinlərimizlə görüşürük.
Meşəli kənd nümayəndəliyi 10 ildir Goranboy rayonunun Meşəli qəsəbəsində fəaliyyət göstərir. Meşəli kənd nümayəndəliyinin əhalisi 2 ədəd təsərrüfat başına kitabında qeydiyyata alınmışdır. Hazırda nümayəndəlikdə 173 ailə 634 nəfər sakin var. Bunlardan kişilər 320 nəfər, 314 nəfər qadındır.
Meşəli kəndində 12 şəhid ailəsi və bir valideyinini itirən 10 ailə var.
Ali təhsilli - 37 nəfər, orta ixtisaslı - 21 nəfərdir. Hal – hazırda sakinlərimizin 6 nəfəri ali məktəblərdə, 2 nəfəri isə orta ixtisas məktəbində oxuyur.
Büdcə təşkilatında işləyənlər 63 nəfər, pensiya və müavinət alanlar 135 nəfərdir. Əhalinin sahibkarlıqla məşğul olan hissəsi - 21 ailədə 118 nəfərdir.
Əhalinin istifadəsində olan iri buynuzlu mal-qaranın sayı 154 baş təşkil edir. 9 hektar sahədə buğda əkilmiş, 310 sentner məhsul olmuşdur. 6 hektar arpa əkilmiş və 135 sentner məhsul biçilmişdir. 3 hektar kartof əkilmiş, 270 sentner məhsul olmuşdur. Tərəvəz 2 hektar əkilmiş, 51 sentner məhsul olmuşdur.
Nümayəndəlikdə il ərzində doğulan uşaq sayı 11 nəfərdir.
Nümayəndəlik il ərzində 24 əmr və 465 ədəd arayış vermişdir. Nümayəndəliyə 30 müxtəlif məzmunlu məktub daxil olmuş, həmin məktublar öz məzmunu əsasında cavablandırılmışdır. Bizim tərəfimizdən 58 məktub müxtəlif ünvanlara göndərilmiş və həllini tapmışdır. Nümayəndəliyə il ərzində 3 ərizə daxil olmuş, onların heç biri şikayət xarakterli olmamışdır və hamısı müsbət icra olmuşdur. Bundan əlavə bizə ünvanlanan şifahi müraciətlərə öz köməkliyimizi göstərmişik.
Uşaq baxçasıda tam təmir olunmuş 6 otaqda fəaliyyət göstərir. Bağçada bütün şərait var və heç bir problem yoxdur. Bütün otaqlar avadanlıqla təmin olunub, daimi isti suyu, enerji xətti və telefon xətti ilə təmin olunub. Bağçada 7 nəfər işçi 16 nəfər uşağa xidmət edir.
Kənd klubu tam təmir olunmuş 1 otaqda fəaliyyət göstərir. Enerji və telefon xətti çəkilib. Klubda 3 nəfər işçi əhaliyə xidmət göstərir. Kənd kitabxanası hal-hazırda 2 təmirli otaqda fəaliyyət göstərir. Kitabxanada avadanlıqla tliəmin olunub və 2 nəfər işçi çalışır.
Məruzə ətrafı çıxışlarda Meşəli kənd tam orta məktəbinin direktoru Alış Alışov rəhbərlik etdiyi məktəbin fəaliyyətindən danışdı. Məktəbdə 92 nəfər şagirdin təlim-tərbiyəsi ilə 24 nəfər müəllim heyyəti məşğul olduğunu bildirdi. 2017-2018-ci tədris ilinin XI sinif məzunlarından 1 nəfər, əvvəlki tədris ilinin məzunlardan isə 1 nəfər ali, 1 nəfər orta ixtisas məktəblərinə daxil olduğunu diqqətə çatdırdı. Sinif otaqlarının sayı az olduğuna görə dərslərin 2 növbəli sistemlə keçirildiyini qeyd etdi. Bunun üçün modil tipli otaqların verilməsinə köməklik olunmasını xahiş etdi.
Meşəli kənd tam orta məktəbin tarix müəllimi Sabir Qasımov qəsəbədaxili yolların şebellənməsinin əhalinin gediş-gəlişi üçün rahatlıq yaradacağını bildirdi.
Məruzə ətrafında çıxış edən natiqlər nümayəndəliyin işini qənaətbəxş saydılar.
Sonra sakinlər onları narahat edən məsələlər haqqında rayonumuzun rəhbərinə məlumat verdilər və mövcud problemlərin həllinə köməklik istədilər. Qəsəbə daxili yollara çınqıl tökülməsi, qəsəbədaxili çürümüş su xəttlərinin politilen borularla əvəz edilməsi, əhaliyə əkin üçün torpaq sahəsinin ayrılması qaldırılan məsələlər arasında ən vacibləri idi.
Xocalı rayon İcra Hakimiyyətinin başçıcısı cənab Şahmar Usubov nümayəndəliyin illik hesabat məruzəsinə münasibət bildirdi. Şahmar Usubov qəsəbə sakinlərinin problemlərini dinləyərək onların həlli üçün aidiyyatı idarələrə tapşırıqlar verdi. Bəzi məsələlər yerindəcə həll edildi.
Rayonumuzun rəhbəri çıxışında bildirdi ki, 2018-ci ildə ölkəmiz üçün uğurlu il olmuşdur. Qarabağ probleminin həlli istiqamətində mühüm addımlar atılmışdır. Bizim gücümüz xalq-iqtidar birliyindədir. Bu birlik bizi uğurlara aparır və qələbə gününü daha da yaxınlaşdırır.
Şahmar Usubov meşəlilərin dövlətimizə və dövlətçiliyimizə sədaqətini, ictimai işlərə münasibətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, Meşəli sakinləri bütün seçkilərdə fəallıq göstərir, ölkə başçının apardığı daxili və xarici siyasəti dəstəkləyirlər.
Azərbaycanın hər yeri Vətən torpağıdır. Biz müvəqqəti məskunlaşdığımız yerlərdə hər cür şəraitlə təmin edilsək də, doğma torpağımız bizim üçün əzizdir. İnşallah tezliklə doğma yurd yerlərimizə qayıdacağıq.